"Atletiko" Kavaniyə görə PSJ-yə yeni təklif göndərib

"Atletiko" PSJ-nin hücumçusu Edinson Kavanini transfer etmək üçün cəhdlərini davam etdirir.

Jurnalist Nikolo Skiranın xəbərinə görə, "Atletiko" Kavaniyə görə təklifini 15 milyon avroya qədər qaldırıb. Həmçinin 3 milyon avro dəyərində bonuslar da nəzərdə tutulub.

Daha əvvəl PSJ uruqvaylı futbolçunu 10 milyon avro qarşılığında Madrid klubuna satmaqdan imtina etmişdi.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR