"Atletiko" Rodrinin alternativini Fransada tapıb

PSJ-nin yarımmüdafiəçisi Adrien Rabyo karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

"As" nəşrinin məlumatına görə, "Atletiko" fransızın xidmətində maraqlıdı. Madrid klubu Rabyonu komandadan ayrılacağı gözlənilən Rodri Ernandesin əvəzləyicisi qismində görür.

Rabyo mövsümün sonunda PSJ-ni tərk edəcək. "Azad agent" statusunda olacağından, onun transferi üçün ödəniş edilməyəcək.

"Atletiko" ilə yanaşı, Rabyonun adı "Mançester Yunayted" və "Yuventus"la birlikdə hallanır.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR