"Atletiko" Ronaldunu UEFA-ya şikayət etməyə hazırlaşır

"Yuventus"un hücumçusu Kriştianu Ronaldunun "Atletiko" ilə cavab görüşündə (3:0) etdiyi hərəkət Madrid klubunun rəhbərliyinin narazılığına səbəb olub.

34 yaşlı futbolçu matçın sonlarında "Atletiko"nun baş məşqçisi Dieqo Simeonenin bir öncəki oyunda etdiyi qeyri-etik jesti təkrarlamışdı. Qeyd edək ki, argentinalı mütəxəssis UEFA tərəfindən hərəkətinə görə 20 min avro məbləğində cərimələnmişdi.

"As" nəşrinin məlumatına görə, "Atletiko" insidentlə bağlı UEFA-ya rəsmi şikayət ünvanlamağa hazırlaşır. Madrid klubunun rəsmilərinin fikrincə, Simeone ilə müqayisədə, Ronaldunun jesti daha təhrikedicidi. Bununla yanaşı, portuqaliyalının azarkeşlərin ünvanına təhqirlər səsləndirdiyi iddia olunur.

UEFA məsələyə baxacağı təqdirdə Kriştianunu Simonenin aldığı cəriməyə bənzər cəza gözləyir. Həmçinin əgər onun hərəkətləri "şiddətə təşviq" kimi qiymətləndirilərsə, o zaman ulduz futbolçu 1-3 oyunluq diskvalifikasiya da oluna bilər.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR