"Atletiko" Saulun qiymətini azaltmağa hazırdı - MY onunla maraqlanır

"Atletiko" Saulla yollarını ayırmağa hazırdı.

Saulun sərbəstqalma məbləği 125 milyon funt təşkil edir. "The Telegraph"ın xəbərinə görə, ispan futbolçu komandadan ayrılmaq istəyəcəyi təqdirdə, "Atletiko" təzminat dəyərini 85 milyon avroya qədər azaldacaq.

"Mançester Yunayted" Saulla yaxından maraqlanır. "Qırmızı şeytanlar"ın mövsümün sonunda 25 yaşlı oyunçuya görə klubuna təklif göndərəcəyi gözlənilir.

MY-lə yanaşı, Saulun adı "Çelsi" ilə də birlikdə hallanır.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR