“Atletiko” üçün Moskvada əsl ŞOK

“Atletiko” üçün Moskvada əsl ŞOK
Madrid "Atletiko”su "Lokomotiv”lə oyun üçün gəldiyi Moskvada xoşagəlməz hadisə ilə üzləşib.

Sport7.az xəbər verir ki, klubun icraçı direktoru Moskvaya buraxılmayıb.

Buna səbəb Migel Anhel Hilin pasportunu itirməsidi. Sərhəd-keçid məntəqəsində pasportunu təqdim edə bilməyən Hil aeroportun gözləmə zalında qalıb. Onun pasportunun təyyarədə axtarışları da bir nəticə verməyib. İcraçı direktor özü də pasportu hansı şəraitdə itirdiyini bilmir.

Pasportla bağlı vəziyyət aydınlaşana qədər "Atletiko”nun icracı direktoru aeroportu tərk edə bilməyəcək.

Sport.az

Xəbər lenti