"Atletiko"dan Almaniya Bundesliqasına gedə bilər

"Atletiko”nun futbolçusu Tomas Lemar karyerasını Almaniyada davam etdirə bilər.
 
Sport7.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi "Bavariya”nın maraq dairəsinə düşüb. Baş məşqçi Hans-Diter Flik transfer dövrünün sonunadək Lemarı sərəncamında görmək istəyir.
 
Mütəxəssisin istəyinin reallaşması üçün Münhen təmsilçisinin icarə variantından yararlanması gözlənilir.
 
"Atletiko” Lemarı 2018-ci ilin yayında "Monako”dan 70 milyon avroya transfer edib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR