"Atletiko"dan ayrıldığını açıqlayan Qodin göz yaşlarını saxlaya bilmədi (FOTOLAR)

"Atletiko"nun müdafiəçisi Dieqo Qodin klubdan ayrıldığını rəsmən bəyan edib.

"Bir il əvvəl "Mançester Yunayted"in təklifini rədd edərək "Atletiko"da qalmaq qərarına gəlmişdim. İndi - bir il sonra - isə artıq getmək zamanıdı.

"Atletiko"dan ayrılıram. Buradakı son günlərimdi. Hər kəsə təşəkkür edirəm. "Atletiko" mənim ailəm idi", - deyə Qodin qeyd edib.

Uruqvaylı çıxışı zamanı göz yaşlarını saxlaya bilməyib.

Qodin 2010-cu ildən bəri Madrid klubunun formasını geyinirdi. O, bu müddət ərzində 8 titul qazanmışdı.

33 yaşlı futbolçu yaxın günlərdə "İnter"ə keçəcək. Qodin Milan klubunun ən çox məvacib alan (illik 6,75 milyon avro) oyunçusu olacaq.
 




Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR