"Atletiko"nun 14 yaşlı futbolçusu öldü

Madrid "Atletiko"sunun akademiyasının üzvü 14 yaşlı Kristian Minçola dünyasını dəyişib.
 
Sport7.az xəbər verir ki, klubdan rəsmi məlumat yayılıb. 2013/14 mövsümüdə "Atletiko"nun akademiyasına qatılan və U-14-də oynayan Minçolanın ürəktutmasından vəfat etdiyi açıqlanıb. 
 
Klub prezidenti Enrike Çerezo həyatını itirən azyaşlı futbolçu ilə bağlı üzüntüsünü dilə gətirib: "Oyunçumuzun ölüm xəbəri bizi dərindən yaraladı. İtkisindən böyük acı hiss edirik. "Atletiko" və ailəsi övladlarına görə acı çəkən ailəsinin hər zaman yanındadı".
 
Klubun digər rəhbər şəxslərindən olan Migel Angel Gl də təəssüfünü bildirib. O "Bu yaşda bir uşağın ölümü qorxuncdu və insanı gücsüzləşdirir. Son günlərdə çox yaxınımızdakı insanların ölümlərinə şahid olduq. Onları haqq etdikləri kimi son mənzilə yola sala bilmədik. Kristianın ölümünə görə böyük ədalətsizlik hissi keçirirk, ürəyimiz yaralıdı" sözlərini söyləyib.
 
"Atletiko"nun kapitanı Koke isə bununla bağlı sosial media hesabından paylaşım edib: "Kristianla təəssüf və acı ilə vidalaşmaq məcburiyyətindəyik. Həyat ədalətsizdi".
 
"Atletiko" rəhbərliyi son günlərdə həyatını itirən azarkeşlər və Minçola üçün klubun bayrağının yarıya qədər endiriləcəyini açıqlayıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR