"Atletiko"nun baş məşqçisindən şad xəbər

"Atletiko"nun baş məşqçisi Dieqo Simeone koronavirusa qalib gəlib. 
 
Sport7.az xəbər verir ki, bu haqda "Marca" məlumat yayıb. Sentyabrın 12-dən bəri evində təcrid olunan 50 yaşlı mütəxəssis sağalıb. Simeone artıq Madrid təmsilçisində ilk məşqini keçirib. 

Məşqçi 2011-ci ildən "Atletiko"da işləyir. Klub onun rəhbərliyi altında 2013/2014 mövsümündə İspaniya çempionatının qalibi olub. Argentinalı baş məşqçi İspaniya Kubokunu, Superkubokunu, iki dəfə Avropa Liqasını və iki dəfə UEFA Super Kubokunu qazanıb. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR