"Atletiko"nun futbolçusu Premyer Liqaya gedə bilər

"Atletiko"nun futbolçusu Xose Mariya Ximenes karyerasını İngiltərədə davam etdirə bilər.

Sport7.az xəbər verir ki, bu haqda AS nəşri yazıb. Premyer Liqa nəhənglərindən "Mançester Siti" 25 yaşlı müdafiəçi üçün böyük məbləğ təklif edib. "Şəhərlilər" uruqvaylı oyunçu üçün 89 və əlavə 5 milyon avro bonus ödəməyə hazırdır. 

"Atletiko"nun oyunçunu buraxmaq istəməsə də, təklifi nəzərdən keçirəcəyi bildirilir.

Ximenesin klubu ilə müqaviləsi 2023-cü ildə başa çatır. Onun sözləşməsində 120 milyon avro təzminat qarşılığında komandadan ayrıla biləcəyi yazılıb. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR