Atletimizdən növbəti medal

Atletimizdən növbəti medal

Azərbaycan atleti Nazim Babayev növbəti uğura imza atıb.

Sport7.az xəbər verir ki, Babayev İsveçin Qavle şəhərində 23 yaşadək atletlər arasında keçirilən Avropa çempionatında gümüş medal qazanıb. 

22 yaşlı idmançı 3 təkanla 17,03 metr uzununa tullanıb. Qızıl medalı 17,37 metr nəticə ilə türkiyəli Necati Ər əldə edib. Bürünc medala 16,95 metr göstərici ilə italiyalı Andrea Dallavalle yiyələnib.

Nazim iyulun 10-da İtaliyanın Neapol şəhərindəki 30-cu Yay Universiadasında, martın 4-də isə Şotlandiyanın Qlazqo şəhərində qapalı manejdə Avropa çempionatında qızıl medal qazanıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR