ATP final turniri: Cokoviç Timə uduzdu, Federer ilk qələbəsini qazandı

ATP final turniri: Cokoviç Timə uduzdu, Federer ilk qələbəsini qazandı

ATP final turnirində mübarizə davam edir.

Ötən gün Byorn Borq qrupunda ikinci turun görüşləri keçirilib. Rocer Federer Matteo Berrettiniyə set verməyib. Bu, isveçrəli tennisçinin turnirdəki ilk qələbəsidi.
 
Günün mərkəzi matçı Novak Cokoviç və Dominik Tim arasında oynanılıb. İlk setdə uduzmasına baxmayaraq, geridönüş edən avstriyalı raketka ustası 3 saata yaxın davam edən oyundan qalib ayrılıb. Beləliklə, Tim yarımfinala vəsiqəni təmin edib.


Nitto ATP final turniri

London, Böyük Britaniya

Qrup mərhələsi

İkinci tur

Byorn Borq qrupu

Rocer Federer (İsveçrə) - Matteo Berrettini (İtaliya) - 2:0 (7:6, 6:3)

Dominik Tim (Avstriya) - Novak Cokoviç (Serbiya) - 2:1 (6:7, 6:3, 7:6)
 
Turnir cədvəli: 1. Tim (2-0), 2. Cokoviç (1-1), 3. Federer (1-1), 4. Berrettini (0-2).
 

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR