ATP final turniri: Nadal Zverevə uduzdu, Tsitsipas Medvedyevə qalib gəldi

ATP final turniri: Nadal Zverevə uduzdu, Tsitsipas Medvedyevə qalib gəldi

ATP final turnirində Andre Aqassi qrupunda da mübarizəyə start verilib.

İlk turda Rafael Nadal Aleksandr Zverevlə qarşılaşıb. Alman tennisçi çətinlik çəkmədən rəqibini məğlub edib. 1 saat 25 dəqiqə davam edən oyun Zverevin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qrupun digər matçında Stefanos Tsitsipas Daniil Medvedyevə set verməyib.
 

Nitto ATP final turniri

London, Böyük Britaniya

Qrup mərhələsi

1-ci tur

Andre Aqassi qrupu

Stefanos Tsitsipas (Yunanıstan) - Daniil Medvedyev (Rusiya) - 2:0 (7:6, 6:4)

Aleksandr Zverev (Almaniya) - Rafael Nadal (İspaniya) - 2:0 (6:2, 6:4)

Turnir cədvəli: 1. Zverev (1-0), 2. Tsitsipas (1-0), 3. Medvedyev (0-1), 4. Nadal (0-1).


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR