ATP final turniri: Nadaldan möhtəşəm geridönüş, Tsitsipas yarımfinalda

ATP final turniri: Nadaldan möhtəşəm geridönüş, Tsitsipas yarımfinalda

Londonda keçirilən ATP final turnirində mübarizə davam edir.

Andre Aqassi qrupunda ikinci tura yekun vurulub. Stefanos Tsitsipas Aleksandr Zverevə set verməyib və ikinci qələbəsini qazanaraq yarımfinala vəsiqəni təmin edib.
 
Rafael Nadal - Daniil Medvedyev oyunu daha maraqlı alınıb. Üçüncü setin gedişində 1:5 geri düşən və hətta 7-ci qeymdə matç-pointi qaytaran ispan tennisçi geridönüş edərək matçdan qalib ayrılıb.


Nitto ATP final turniri

London, Böyük Britaniya

Qrup mərhələsi

İkinci tur

Andre Aqassi qrupu

Rafael Nadal (İspaniya) - Daniil Medvedyev (Rusiya) - 2:1 (6:7, 6:3, 7:6)

Stefanos Tsitsipas (Yunanıstan) - Aleksandr Zverev (Almaniya) - 2:0 (6:3, 6:2)

Turnir cədvəli: 1. Tsitsipas (2-0), 2. Zverev (1-1), 3. Nadal (1-1), 4. Medvedyev (0-2)


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR