ATP Londondan imtina etdi

ATP Londondan imtina etdi

ATP tennis mövsümünün sonunda keçirilən Final turnirinin son illərdəki ənənəvi məkanı olan Londonla müqavilə yeniləməmək qərarına gəlib.

"Telegraph" nəşrinin məlumatına görə, turniri keçirməyə əsas namizəd Turin hesab olunur. Şəhər merinin təşkilati məsələlər üçün illik 15 milyon avro ayrılacağına dair vəd verdiyi bildirilir. Digər namizəd isə Yaponiyanın paytaxtı Tokiodu.

Qeyd edək ki, ATP Final turniri 2009-cu ildən bəri Londonda keçirilirdi. Müqavilə müddəti 2020-ci ildə bitir.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR