ATP-nin reytinqi:

ATP-nin reytinqi: "İlk onluq"da rusların debütü, Bautista Aqut şəxsi rekordunu təzələdi

"Vimbldon"un nəticələrinə əsasən, ATP-nin yeni reytinq cədvəli açıqlanıb. "İlk onluq"da üç dəyişiklik olub. Rus tennisçilər - Karen Xaçanov (8) və Daniil Medvedev (10) top-10-da debüt ediblər. Fabio Fonini isə bir pillə geriləyərək 9-cu olub.

"Vimbldon"un yarımfinalçısı Roberto Bautista-Aqut şəxsi rekordunu təzələyərək 13-cü sıraya yüksəlib. 1/4 finalçılar - David Qoffen, Qido Pelya və Sem Kuerri müvafiq olaraq 18, 24 və 39-cu pilləyə qədər irəliləyiblər.

"Vimbldon"da 1/8 final oynayan Yuqo Ember 66-cı sıranı 48-ə dəyişib. Digər 1/8 finalçı Tennis Sandqren isə artıq 72-cidi.

ATP-nin iyulun 15-nə olan reytinq cədvəli

1 (1). Novak Cokoviç (Serbiya) - 12415 xal
2 (2). Rafael Nadal (İspaniya) - 7945
3 (3). Rocer Federer (İsveçrə) - 7460
4 (4). Dominik Tim (Avstriya) - 4595
5 (5). Aleksandr Zverev (Almaniya) - 4325
6 (6). Stefanos Çiçipas (Yunanıstan) - 4045
7 (7). Kei Nisikori (Yaponiya) - 4040
8 (9). Karen Xaçanov (Rusiya) - 2890
9 (10). Fabio Fonini (İtaliya) - 2785
10 (13). Daniil Medvedev (Rusiya) - 2625
---
13 (22). Roberto Bautista-Aqut (İspaniya) - 2320
18 (23). David Qoffen (Belçika) - 1860
24 (26). Qido Pelya (Argentina) - 1700
39 (65). Sem Kuerri (ABŞ) - 1100
48 (66). Yuqo Ember (Fransa) - 977
72 (94). Tennis Sandqren (ABŞ) - 781

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR