Australian Open: Nadal, Xaçanov və Vavrinkadan uğurlu start

Australian Open: Nadal, Xaçanov və Vavrinkadan uğurlu start

Tennisdə mövsümün ilk "Böyük dəbilqə" turniri olan "Australian Open"də mübarizə davam edir.

Bu gün kişilərin mübarizəsində ilk mərhələnin növbəti görüşləri keçirilib. Rafael Nadal Uqo Dellyeni məğlub edib. Sten Vavrinka Damir Cumhuru mübarizədən kənarlaşdırıb. Dominik Tim Adrian Mannarinoya, Karen Xaçanov isə Mario Vilelya Martinesə qalib gəlib.


Australian Open (Böyük dəbilqə)

Melburn, Avstraliya

Kişilər

Birinci mərhələ

Dominik Tim (Avstriya) - Adrian Mannarino (Fransa) - 3:0 (6:3, 7:5, 6:2)

Sten Vavrinka (İsveçrə) - Damir Cumhur (Bosniya və Herseqovina) - 3:1 (7:5, 6:7, 6:4, 6:4)

Rafael Nadal (İspaniya) - Uqo Dellyen (Boliviya) - 3:0 (6:2, 6:3, 6:0)

Karen Xaçanov (Rusiya) - Mario Vilelya Martines (İspaniya) - 3:1 (4:6, 6:4, 7:6, 6:3)

Fabio Fonini (İtaliya) - Reylli Opelka (ABŞ) - 3:2 (3:6, 6:7, 6:4, 6:3, 7:6)

Miloş Raoniç (Kanada) - Lorentso Custino (İtaliya) - 3:0 (6:2, 6:1, 6:3)

Marin Çiliç (Xorvatiya) - Korenten Mute (Fransa) - 3:0 (6:3, 6:2, 6:4)


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR