"Australian Open"in beşinci günündə Serena Vilyams korta çıxıb.
Serena Van Tsyanla qarşılaşıb. İlk seti Tsyan aktivinə yazdırıb. Tay-breykə gedən ikinci setdən qalib ayrılan Serena hesaba tarazlıq gətirib. Beləliklə, üçüncü setə ehtiyac yaranıb. 12-ci qeymdə breyk edən Van Tsyan 2 saat 43 dəqiqə davam edən oyundan qalib ayrılıb. Beləliklə, Serena Vilyams üçüncü mərhələdə mübarizəni dayandırıb.
Australian Open (Böyük dəbilqə)
Melburn, Avstraliya
Qadınlar
Üçüncü mərhələ
Van Tsyan (Çin) - Serena Vilyams (ABŞ) - 2:1 (6:4, 6:7, 7:5)
Sport7.az