Autizmli uşaqlar arasında stolüstü tennis yarışı keçirilib

Autizmli uşaqlar arasında stolüstü tennis yarışı keçirilib

19 dekabr 2019-cu il tarixdə "Şüa” İdman-Sağlamlıq Kompleksində ASTF Azerbaijan Table Tennis Federation təşkilatçılığı ilə autizmli uşaqlar arasında stolüstü tennis yarışı keçirilib.

Sport7.az xəbər verir ki, tədbir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu maliyyə dəstəyi ilə "Azərbaycan Autizm Assosiasiyası ”  tərəfindən icra olunan "İnklüziv idman tədbirlərinin təşkili vasitəsilə autizm uşaqlarının tibbi-sosial reabilitasiyasına və sosiallaşmasına dəstəyin göstərilməsi” layihəsi çərçivəsində təşkil olunub.

Layihə barədə məlumat verən Assosiasiyasının sədri Elnur Məmmədov bildirib ki, hazırkı layihə autizmdən əziyyət çəkən uşaqların tibbi-sosial reabilitasiyası və sosiallaşması üçün milli səviyyədə inklüziv idman tədbirlərinin, xüsusilə stolüstü tennis və velosiped yarışlarının təşkilindən, bu yarışların qaliblərinin beynəlxalq səviyyədə keçirilən turnirlərdə iştirakına dair zəruri şəraitin yaradılmasından bəhs edir. Təşkilat sədri qeyd edib ki, layihənin hədəf qrupları olan autizmdən əziyyət çəkən uşaqların inklüziv idman növlərinə cəlb olunması, stolüstü tennis və velosiped məşqlərində yaxşı nəticə göstərənlər arasında yarışların keçirilməsi və qaliblərin autizm uşaqları üçün xarici ölkələrdə təşkil olunan beynəlxalq yarışlarda iştirakı ilə bağlı dəstəyin göstərilməsi, autizm uşaqlarının valideynlərinin bu sindromdan əziyyət çəkən uşaqlara xidmətlərin göstərilməsi sahəsində bilik və bacarıqlarının inkişaf etdirilməsi layihə çərçivəsində icra olunması nəzərdə tutulan əsas fəaliyyət istiqamətləridir.

Beləliklə, cari ilin noyabr ayından başlayan məşğlərə ümumilikdə 70 yaxın autizmli uşaq cəlb olunub. Yerlərdə təşkil olunan seçmə yarışları nəticəsində yekun final yarışına 34 uşaq vəsiqə qazanıb. İki yaş qrupu üzrə keçirilən final oyunlarını nəticələrinə görə, 6-12 yaş qrupu üzrə I-ci yerin qalibi Həmidov Nicat (Loqopediya Akademiyası), II-ci yerin qalibi Hacıyev Amin (Səlis Danışıq Loqopedik Psixoloji Akademiya), III-ci yerin qalibi Əhmədov Fərid (ALBA Reabilitasiya ve Yasam Merkezii) . 13+ yaş qrupu üzrə I-ci yerin qalibi Məmmədov Toğrul (Xüsusi qaygiya ehtiyacı olan uşaqların idmanla psixoreabilitasiyası.) II-ci yerin qalibi Əliyev Xaqan (şəxsi) və III-cü yerin qalibi Bayramlı Rza (AİK - Autizmlilərin İdman Klubu / Sports Club For Autistics) olduğu müəyyən edilib. Yarışda autizmli uşaqlarlarla yanaşı həm də onların məşqçiləri stolüstü tenniz üzrə qüvvələrini sınayıblar. Ümumilikdə 16 nəfər məşqçi arasında keçirilən turnirin qalibləri aşağıdakı şəxslər olublar: I-ci yer Əliyev Əbülfəz (AİK - Autizmlilərin İdman Klubu / Sports Club For Autistics) , II-ci yer – Əliyev Azad (Naftalan Autizm İdman Klubu), III-cü yer Səfərov Nail (şəxsi) Təntənəli şəkildə təşkil olunan təltifetmə mərasimində tanınmış bəstəkar Sevinc Tofiqqizinın və ictimai xadim Azər Allahverənovun fəal iştirakı ilə qaliblər fəxri fərman, medal və qiymətli hədiyyələrlə təltif olunublar. Yaradılan bayram abu-havasından məmnun qalan autizmli uşaqların valideynləri bütün təşkilatçılara dərin minnətdarlığını bildirib, gələcəkdə bu kimi inklüziv idman tədbirlərinin miqyasınının genişləndirilməsində maraqlı olduqlarını qeyd ediblər.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR