"Avro-2016": Millinin baş məşqçisi istefa verdi!

İngiltərə millisinin baş məşqçisi Roy Hodqson yığmadan ayrılıb. Sport7.az xəbər verir ki, təcrübəli mütəxəssis "Avro-2016"nın 1/8 finalında İslandiyaya 1:2 hesablı məğlubiyyətdən sonra istefa verib.

O, bu qərarı matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlayıb. Hodqson milliyə uğura ac olan bir məşqçinin başçılıq etməsində fayda olduğunu söyləyib. 68 yaşlı mütəxəssis bu müddətə qədər onunla çalışan futbolçulara və məşqçilərə təşəkkür edib. 

Qeyd edək ki, Hodqson İngiltərə millisinə 2012-ci ildə baş məşqçi təyin olunmuşdu.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR