Avro-2020: Bu şəhərlər ev sahibliyindən məhrum edilə bilər

Avro-2020: Bu şəhərlər ev sahibliyindən məhrum edilə bilər

UEFA koronavirus pandemiyası səbəbindən 2021-ci ilin yayına təxirə salınan Avro-2020-nin formatında dəyişiklik edə bilər.

Sport7.az xəbər verir ki, Roma və Bilbao şəhərlərinin ev sahibliyindən məhrum edilməsi gündəmə gəlib. Koronavirus pandemiyası nəticəsində qeydə alınan yüksək ölüm və maliyyə problemləri səbəbindən sözügedən şəhərlərdə oyunların keçirilməsi şübhə altındadı. UEFA artıq məsələ ilə bağlı danışıqlara başlayıb. 

Digər ölkələrdə isə Avro-2020-nin təyin olunduğu tarixlərdə başqa tədbirlərin keçirilmə ehtimalı problem yaradıb.

Qeyd edək ki, qitə çempionatına ev sahibliyi edəcək şəhərlər sırasında Bakının da adı var.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR