Avro-2020-nin püşkü atıldı

Avro-2020-nin püşkü atıldı

Rumıniyanın paytaxtı Buxarest şəhərində Avro-2020-nin püşkatma mərasimi keçirilib.

Püşkün nəticələrinə əsasən qrupların tərkibi belə formalaşıb:

A qrupu: Türkiyə, İtaliya (ev sahibi), Uels, İsveçrə

B qrupu: Danimarka (ev sahibi), Finlandiya, Belçika, Rusiya (ev sahibi)

C qrupu: Niderland (ev sahibi), Ukrayna, Avstriya, D Liqasının qalibi

D qrupu: İngiltərə (ev sahibi), Xorvatiya, C Liqasının qalibi, Çexiya

E qrupu: İspaniya (ev sahibi), İsveç, Polşa, B Liqasının qalibi

F qrupu: A Liqasının qalibi, Portuqaliya, Fransa, Almaniya (ev sahibi)
 
Avropa çempionatının 60 illik yubileyi ilə əlaqədar olaraq turnir ilk dəfə qitənin 12 şəhərində keçiriləcək. Sözügedən şəhərlər sırasında Bakı da var. İyunun 13-də, 17-də və 21-də A qrupunun oyunlarına, iyulun 4-də isə 1/4 final mərhələsinin qarşılaşmasına Bakı Olimpiya Stadionu ev sahibliyi edəcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR