Avrokubokların yeni tarixi müəyyənləşdi

Avrokubokların yeni tarixi müəyyənləşdi

UEFA Çempionlar Liqası və Avropa Liqasının oyunları növbəti dəfə təxirə salınıb.

Sport7.az xəbər verir ki, bu haqda Almaniya mətbuatı məlumat yayıb. Bu barədə qərar UEFA-nın bu gün quruma üzv 55 milli assosiasiya ilə keçirdiyi video-konfrans zamanı qəbul olunub.

Bildirilir ki, qitə futbol qurumu avrokubokların iyul və ya avqustda bərpa olunmasını təklif edib. Həmçinin UEFA-nın avrokuboklarla paralel olaraq, milli çempionatların da keçirilməsini tövsiyə etdiyi bildirilib.
 
Çempionlar Liqası və Avropa Liqasının oyunları koronavirus pandemiyasına görə martın 13-dən dayandırılıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR