Kişi basketbolçuların Avroliqa turnirində mübarizə davam edir.
Ötən gün müntəzəm çempionatın 26-cı turu çərçivəsində növbəti 5 görüş keçirilib. Günün mərkəzi qarşılaşması SSKA və "Barselona" arasında oynanılıb. "Barsa" səfərdə "ordu klubu"nu məğlub edib. Bir digər maraqla gözlənilən oyunda isə "Makkabi" "Olimpiakos"a qalib gəlib.
Avroliqa
Müntəzəm çempionat
26-cı tur
"Zenit" (Rusiya) - "Bavariya" (Almaniya) - 68:77
SSKA (Moskva, Rusiya) - "Barselona" (İspaniya) - 80:82
"Alba" (Almaniya) - "Anadolu Efes" (Türkiyə) - 86:99
"Makkabi" (Təl-Əviv, İsrail) - "Olimpiakos" (Yunanıstan) - 71:70
"Baskoniya" (İspaniya) - "Srvena Zvezda" (Serbiya) - 71:56
Sport7.az