Avroliqa:

Avroliqa: "Efes" "Makkabi"ni məğlub etdi, "Milano" "Olimpiakos"dan üstün oldu

Kişi basketbolçuların Avroliqa turnirində 26-cı tura start verilib.

Günün mərkəzi görüşündə pley-off sıralamasında qərarlaşan "Olimpiya Milano" və "Olimpiakos" qarşılaşıblar. Üçüncü perioddakı seriya sayəsində üstünlüyü ələ alan İtaliya təmsilçisi matçdan qalib ayrılıb. "Milano"nun heyətində Mayk Ceyms 27 xalla qarşılaşmanın ən məhsuldar ismi olub.

Bir digər maraqla gözlənilən görüşdə "Anadolu Efes" səfərdə Tel-Əviv "Makkabi"sini üstələyib. Vasili Miçiç qarşılaşmanı 15 xalla tamamlayıb. "Makkabi"nin heyətində isə Tarik Blekin 18 xallıq performansı qalibiyyət üçün kifayət etməyib.

"Jalqiris" "Bavariya"nı, "Qran Kanariya" "Darüşşafaka"nı məğlub edib, "Real" isə səfərdə "Ximki"yə şans verməyib.


Avroliqa

26-cı tur

"Ximki" (Rusiya) - "Real" (İspaniya) - 75:100

"Jalqiris" (Litva) - "Bavariya" (Almaniya) - 85:79

"Makkabi" (Tel-Əviv, İsrail) - "Anadolu Efes" (Türkiyə) - 71:79

"Olimpiya Milano" (İtaliya) - "Olimpiakos" (Yunanıstan) - 66:57

"Qran Kanariya" (İspaniya) - "Darüşşafaka" (Türkiyə) - 84:64


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR