Avroliqa: Pley-off cütləri müəyyənləşdi

Avroliqa: Pley-off cütləri müəyyənləşdi

Kişi basketbolçuların Avroliqa turnirində sonuncu - 30-cu tura start verilib.

"Jalqiris" səfərdə "Real"ı məğlub edərək ardıcıl 6-cı qələbəsini qazanıb. Bununla da Litva təmsilçisi 8-ci sıradan pley-offa vəsiqəni təmin edib. "Buduçnost"a qalib gələn "Panatinaikos" 6-cı, səfərdə ÇSKA ilə bacarmayan "Baskoniya" isə 7-ci pillənin sahibi kimi həlledici mərhələyə vəsiqə qazanıblar. "Anadolu Efes"ə uduzan "Olimpiya Milano" isə pley-off şanslarını itirib.


Avroliqa

30-cu tur

ÇSKA (Rusiya) - "Baskoniya" (İspaniya) - 82:78

"Anadolu Efes" (Türkiyə) - "Olimpiya Milano" (İtaliya) - 101:95

"Panatinaikos" (Yunanıstan) - "Buduçnost" (Monteneqro) - 87:67

"Real" (İspaniya) - "Jalqiris" (Litva) - 86:93


Beləliklə, Avroliqada pley-off cütləri aşağıdakı kimi formalaşıb:

"Fənərbağça" (1) - "Jalqiris" (8)

ÇSKA (2) - "Baskoniya" (7)

"Real" (3) - "Panatinaikos" (6)

"Anadolu Efes" (4) - "Barselona" (5)


Seriyaların gedişində üç qələbə qazanan komandalar mərhələ adlayacaqlar.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR