"Atletiko" Avroliqanın qalibidir!

Bu gün Avroliqanın final matçı baş tutacaq.
 
Sport7.az xəbər verir ki, Fransanın Lion şəhərində keçiriləcək qarşılaşmada "Marsel"lə "Atletiko" üz-üzə gələcək.

Madridlilər 2010 və 2012-ci illərdə turnirin qalibi olduqları halda, marsellilər 1999 və 2004-cü illərdə həlledici görüşlərdə uduzublar. Ümumiyyətlə, hər iki kollektiv yetərincə avrokubok təcrübəsinə malikdir.

"Marsel” indiyədək 5 dəfə avrokuboklarda finalçı olub və bunlardan 2-də qalib gəlib. Fransa təmsilçisi 1993-cü ildə Çempionlar Liqasında (ÇL) İtaliya "Milan”ını (1:0), 2005-ci ildə isə İntertoto Kubokunda İspaniyanın "Deportivo” komandasını məğlub edib (0:2, 5:1).

"Marsel” və "Atletiko” fərqli yollarla finaladək irəliləyiblər. Marsellilər başlanğıcıdan bu turnirdə mübarizə apardıqları halda, "Atletiko” ÇL-in qrup mərhələsində "Qarabağ”la görüşlərdə xal itirdiyi üçün (0:0, 1:1) 3-cü yerin sahibi kimi mübarizəni Avropa Liqasında davam etdirməli olub.

"Atletiko” La Liqada mövsümün başa çatmasına bir tur qalmış 78 xalla 2-ci pillədə qərarlaşıb və ÇL-ə vəsiqəni təmin edib. "Marsel” isə 37 turdan sonra 74 xalla 4-cü pillədə qərarlaşıb və ÇL-ə vəsiqə verən 3-cü sıradakı "Lion”dan 1 xal geri qalır.

Avropa Liqası, final

16 may

22:45. "Marsel” (Fransa) – "Atletiko” (İspaniya) 0:3 
Qollar: Antuan Qrizmann, 21, 49, Qabi, 89 

Baş hakim: Byörn Keypers (Hollandiya)

Lion. "Stad de Lion"

Xəbər lenti