Avroliqa təmsilçilərimiz rəqiblərini tanıdı

Avroliqa təmsilçilərimiz rəqiblərini tanıdı

Klublarımızın Avroliqadakı rəqibləri müəyyənləşib.
 
Sport7.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimində çıxış edəcək klublarımız Avroliqanın 2020/2021 mövsümündə ilk təsnifat təsnifat mərhələsindəki rəqiblərini tanıyıb.
 
Püşkün nəticəsinə görə, "Neftçi” bu mərhələdə Şimali Makedoniyanın təmsilçisi "Şkupi” ilə qarşılaşacaq. "Keşlə" Albaniya klubu "Laçi" ilə duelə çıxacaqsa, "Sumqayıt" da Şimali Makedoniya klubu ilə düşüb. Belə ki, şəhərin eyniadlı klubu "Şkendiya" ilə görüşəcək.
 
Hər 3 komanda rəqiblərini Azərbaycanda qəbul edəcək.
 
"Neftçi" - "Şkupi" (Şimali Makedoniya)
"Keşlə" - "Laçi" (Albaniya)
"Sumqayıt" - "Şkendiya" (Şimali Makedoniya)
 
Birinci təsnifat mərhələsinin qarşılaşmaları avqustun 27-də keçiriləcək. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR