Avroliqa üçün komandalara uzunmüddətli lisenziya verilə bilər

Avroliqa üçün komandalara uzunmüddətli lisenziya verilə bilər

Basketbol üzrə Avroliqa 2023/2024 mövsümündən etibarən qapalı turnirə çevrilə bilər.

Sport7.az xəbər verir ki, bu haqda "Mundo Deportivo" yazıb. Məlumatda yarış rəhbərliyinin artıq bu layihənin icrası ilə bağlı işlərə başladığı bildirilib. İddiaya görə, bütün turnir iştirakçılarının yarışa qatılmaq üçün uzunmüddətli lisenziyaları olacaq. Avrokuboklar artıq Avroliqaya keçmək imkanı verməyəcək.

Avroliqadakı 11 səhmdar klubun hamısı bu ideyanı həyata keçirməkdə maraqlıdır.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR