Avroliqada ilk yarımfinalçılar müəyyənləşdi - YENİLƏNDİ

Avroliqada ilk yarımfinalçılar müəyyənləşdi - YENİLƏNDİ

Bu gün Avropa Liqasında 1/4 final mərhələsi start götürüb.

Sport7.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub. "Mançester Yunayted" Kölndə Danimarka "Kopenhagen"i ilə üz-üzə gəlib. Bu mərhələnin görüşləri bir oundan ibarət olduğundan, matçın əsas vaxtında qol vurulmadığı üçün əlavə dəqiqələrə ehtiyac duyulub. Oyuna əlavə olunmuş ilk hissədə "Mançester Yunayted" vurduğu qolla qələbə qazanıb.
 
Digər görüşdə "İnter" Almaniya təmsilçisi "Bayer"lə (Leverkuzen) üz-üzə gəlib. Bu matçda "İnter" 2:1 hesablı qələbəyə sevinib.

UEFA-nın qərarına əsasən, matçlar Almaniyanın müxtəlif şəhərlərində keçirilir. 1/4 final mərhələsinin digər iki qarşılaşması sabah baş tutacaq. "Vulverhempton" "Sevilya", Ukrayna "Şaxtyor"u isə "Bazel"lə münasibətlərə aydınlıq gətirəcək. 

Avropa Liqası

1/4 final mərhələsi 

10 avqust

23:00. "Mançester Yunayted" (İngiltərə) - "Kopenhagen" (Danimarka) 1:0
(Bruno Fernandes, 95-p.) 

23:00 "İnter" (İtaliya) - "Bayer" (Leverkuzen, Almaniya) 2:1
(Nikola Barella, 15, Romelu Lukaku, 21, Kay Havertz, 25)

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR