Avroliqada 1/8 finala ilk vəsiqə qazanan komanda müəyyənləşdi

Avroliqada 1/8 finala ilk vəsiqə qazanan komanda müəyyənləşdi

UEFA Avropa Liqasında 1/16 final mərhələsinin cavab matçlarına start verilib.

Sport7.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. "Tottenhem" İngiltərədə Avstriyanın "Volfsberq" komandası ilə üz-üzə gəlib. Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:0. 

Pandemiya səbəbindən Macarıstanın paytaxtı Budapeştdə baş tutan ilk görüşdən də London təmsilçisi üstün ayrılmışdı - 4:1. Bu səbəbdən, "Tottenhem" 1/8 finala vəsiqə qazanıb.

Avropa Liqası, 1/16 final mərhələsi, cavab oyunu

21:00. "Tottenhem" (İngiltərə) - "Volfsberq" (Avstriya) - 4:0 (İlk oyun - 4:1) 
(Dele Alli, 11. Karlos Vinisius, 50; 83. Qaret Beyl, 73)

Bu raundda digər cavab görüşləri fevralın 25-də keçiriləcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR