Avroliqada 2-ci təsnifat mərhələsinə start verildi

Avroliqada 2-ci təsnifat mərhələsinə start verildi

Bu gün UEFA Avropa Liqasında 2-ci təsnifat mərhələsinə start verilib.

Sport7.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutub. 
 
UEFA Avropa Liqası, 2-ci təsnifat mərhələsi

16 sentyabr

20:30. "Proqres" (Lüksemburq) - "Villem II" (Niderland) 0:5
(Vangelis Pavlidis, 21, 34, Görkem Sağlam, 28, Çe Nanneli, 46, Mayk Tresor Ndayişimiye, 65)

21:00. "Hammarbü" (İsveç) - "Lex" (Polşa) 0:3
(Pedro Tiba, 55, Yakub Kaminski, 89, Filip Marxvinski, 90+3)

22:00. "B36 Torshavn" (Farer adaları) - TNS (Uels) 2:2 (ƏLAVƏ VAXT - 1:1, PENALTİLƏRLƏ - 5:4)
(Mixal Pşıbilski, 47, Din Ebbe, 112 - Leo Smit, 81, Stefan Radosavlyeviç, 120+2)

3-cü təsnifat mərhələsində "Villem II” "Linkoln" (Cəbəllütariq) / "Reyncers" (Şotlandiya) cütünün, "Lex” OFI (Yunanıstan) / "Apollon" (Limassol, Kipr) cütünün, B36 isə MOİK (Sofiya, Bolqarıstan) / BATE (Borisov, Belarus) cütünün qalibi ilə qarşılaşacaq.

Avropa Liqasında 2-ci mərhələyə sentyabrın 17-də yekun vurulacaq. Həmin gün "Neftçi" Bakı Olimpiya Stadionunda "Qalatasaray"la ilə üz-üzə gələcək. Görüş saat 21:00-da start götürəcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR