Avroliqada 2020/2021 mövsümünün ilk püşkatması keçirildi

Avroliqada 2020/2021 mövsümünün ilk püşkatması keçirildi

Bu gün Avropa Liqasında 2020/21 mövsümünün ilk püşkatması keçirilib.

Sport7.az xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki tədbirdə ilkin mərhələnin cütləri müəyyənləşib. Azərbaycan klublarının azad olduğu mərhələdə aşağı reytinqli ölkələrin 16 komanda yer alıb. Bir oyundan ibarət ilkin mərhələnin matçları avqustun 20-də baş tutacaq.

Avroliqadakı təmsilçilərimiz "Neftçi”, "Keşlə” və "Sumqayıt”ın rəqibləri isə sabah bilinəcək.

Avropa Liqası

2020/21 mövsümü
 
İlkin mərhələ
 
"Tre Penne” (San-Marino) - "Qjilani” (Kosovo)
"Linkoln” (Cəbəllütariq) - "Priştina” (Kosovo) 
"Santa Koloma” (Andorra) - "İskra” (Monteneqro)
"Enqordan” (Andorra) - "Zeta” (Monteneqro)
"Qlentoran” (Şimali İrlandiya) – "Torshavn” (Farer adaları) 
"Cent Cozefs” (Cəbəllütariq) - B-36 (Farer adaları) 
"Kolreyn” (Şimali İrlandiya) - "La Fiorita” (San-Marino)
"Runavik” (Farer adaları) - "Barri Taun” (Uels)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR