Avroliqada 2-ci təsnifat mərhələsinə yekun vuruldu - NƏTİCƏLƏR

Avroliqada 2-ci təsnifat mərhələsinə yekun vuruldu - NƏTİCƏLƏR

Avroliqanın 2-ci təsnifat mərhələsinin daha 42 oyunu keçirilib. 

Sport7.az xəbər verir ki, Bakıda "Qalatasaray"a məğlub olan "Neftçi" ilə yanaşə bir sıra komandalar da mübarizəni dayandırıb. Qalib komandalar isə 3-cü təsnifat mərhələsinə yüksəliblər. 
 
Görüşlərdən yalnız biri hava şəraiti ilə əlaqədar sentyabrın 18-nə təxirə salınıb. Bu, "Riqa” – "Tre Fiori” matçıdır. Stadiondakı problem üzündən oyunu başa çatdırmaq mümkün olmayıb.
 
Avropa Liqasında II təsnifat mərhələsinin ilk 3 oyunundan sonra Niderlandın "Villem II", Polşanın "Lex" və Farer adalarının "B36 Torshavn" komandaları növbəti mərhələyə yüksəlib. 

17 sentyabr

Avropa Liqası
2-ci təsnifat mərhələsi

16:00. "Kaysar” (Qazaxıstan) - APOEL (Kipr) - 1:4
16:15. "Ventspils” (Latviya) - "Rusenborq” (Norveç) - 1:5
17:30. "Renova” (Şimali Makedoniya) - "Hayduk” (Xorvatiya) - 0:1
18:00. "Ararat-Armeniya” (Ermənistan) - "Fola Eş” (Lüksemburq) - 4:3 (ƏLAVƏ VAXT - 1:0)
18:00. "Astana” (Qazaxıstan) - "Buduçnost” (Monteneqro) - 0:1
18:00. "Teuta” (Albaniya) - "Qranada” (İspaniya) - 0:4
19:00. "Linkoln” (Cəbəllütariq) - "Reyncers” (Şotlandiya) - 0:5
19:30. "Kuopio” (Finlandiya) - "Slovan” (Bratislava, Slovakiya) - 1:1 (PENALTİLƏRLƏ - 4:3)
19:45. "Botoşani” (Rumıniya) - "Şkendiya” (Şimali Makedoniya) - 0:1
20:00. "Bodo Qlimt” (Norveç) - "Jalgiris” (Vilnüs, Litva) - 3:1
20:00. "Riterlay” (Litva) - "Slovan” (Liberets, Çexiya) - 1:5
20:00. "Lokomotiv” (Plovdiv, Bolqarıstan) - "Tottenhem” (İngiltərə) - 1:2
20:00. "Höteborq” (İsveç) - "Kopenhagen” (Danimarka) - 1:2
20:00. "Neftçi” (Azərbaycan) - "Qalatasaray” (Türkiyə) - 1:3
20:30. "Flora” (Estoniya) - "Reykyavik” (İslandiya) - 2:1
20:30. "Olimpiya” (Lyublyana, Sloveniya) - "Zrinski” (Bosniya və Herseqovina) - 2:3 (ƏLAVƏ VAXT - 0:1)
21:00. "Konnah” (Uels) - "Dinamo” (Tbilisi, Gürcüstan) - 0:1
21:00. "Yurqorden” (İsveç) - "Europa” (Cəbəllütariq) - 2:1
21:00. "Riqa” (Latviya) - "Tre Fiori” (San-Marino) - 0:0 (Oyun 18 sentyabr saat 11:00-a təxirə salınıb)
21:00. "Hibernians” (Malta) - "Fehervar” (Macarıstan) - 0:1
21:00. "Laçi” (Albaniya) - "Hapoel” (Beer-Şeva, İsrail) - 1:2
21:00. MOİK (Sofiya, Bolqarıstan) - BATE (Belarus) - 2:0
21:00. "Sfıntul George” (Moldova) - "Partizan” (Serbiya) - 0:1 (ƏLAVƏ VAXT - 0:1)
21:00. OFİ (Yunanıstan) - "Apollon” (Kipr) - 0:1
21:00. "Lokomotiv” (Tbilisi, Gürcüstan) - "Dinamo” (Moskva, Rusiya) - 2:1
21:00. "Makkabi” (Hayfa, İsrail) - "Kayrat” (Qazaxıstan) - 2:1
21:30. "İnter Eskaldes” (Andorra) – "Dandolk” (İrlandiya) - 0:1
22:00. "Sileks” (Şimali Makedoniya) – "Drita” (Kosovo) - 0:2
22:00. "Şemrok Rovers” (İrlandiya) - "Milan” (İtaliya) - 0:2
22:00. "Pyast” (Polşa) - "Hartberq” (Avstriya) - 3:2
22:00. "Kukesi” (Albaniya) -  "Volfsburq” (Almaniya) - 0:4
22:00. "Borats” (Bosniya və Herseqovina) - "Rio Ave” (Portuqaliya) - 0:2
22:00. "Aris” (Yunanıstan) - "Kolos” (Ukrayna) - 1:2
22:00. "Standard” (Belçika) - "Bala Taun” (Uels) - 2:0
22:15. "Mura" (Sloveniya) - "Orxus” (Danimarka) - 3:0
22:30. "Vikinq” (Norveç) - "Aberdin” (Şotlandiya) - 0:2
22:30. "Kolreyn” (Şimali İrlandiya) - "Motervell” (Şotlandiya) - 2:2 (ƏLAVƏ VAXT - 0:0, PENALTİLƏRLƏ - 0:3)
22:45. "Linfild” (Şimali İrlandiya) - "Floriana” (Malta) - 0:1
22:45. "Osiyek” (Xorvatiya) - "Bazel” (İsveçrə) - 1:2
22:45. "Dunayska Streda” (Slovakiya) - "Yablonets” (Çexiya) - 5:3 (ƏLAVƏ VAXT - 2:0) 
22:45. "Servett” (İsveçrə) - "Reyms” (Fransa) - 0:1
23:00. "Baçka Topola” (Serbiya) - "Styaua” (Rumıniya) - 5:6 (ƏLAVƏ VAXT - 2:2, PENALTİLƏRLƏ - 4:5)
23:05. "Honved” (Macarıstan) - "Malmö” (İsveç) - 0:2

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR