Polşa klubu pley-off-da

Polşa klubu pley-off-da

UEFA Avropa Liqasında 3-cü təsnifat mərhələsinə start verilib. 

Sport7.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Kiprdə "Apollon" klubu Polşa "Lex"ini qəbul edib. Görüş qonaqların böyük hesablı qələbəsi ilə yekunlaşıb.

Cütün taleyi bir oyundan ibarət olduğu üçün "Lex" pley-off mərhələsinə yüksəlib. Polşalıların növbəti rəqibi "Şarlerua" (Belçika) - "Partizan" (Serbiya) duelinin qalibi olacaq. 

23 sentyabr

Avropa Liqası
 
3-cü təsnifat mərhələsi

20:00. "Apollon” (Kipr) - "Lex” (Polşa) - 0:5
(Pedro Tiba, 42; 90+2. Mikael İşak, 47. Yakub Kaminski, 58. Sikora, 81)

Avropa Liqasında 3-cü təsnifat mərhələsinin digər oyunları sentyabrın 24-də gerçəkləşəcək. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR