Avroliqada çempion müəyyənləşdi

Avroliqada çempion müəyyənləşdi

Kişi basketbolçuların Avroliqa turnirinə yekun vurulub.

Final görüşündə ÇSKA və "Anadolu Efes" üz-üzə gəlib. İlk yarını Moskva klubu 2 xal öndə tamamlayıb. Üçüncü periodun ortalarından etibarən üstünlüyünü artıran ÇSKA sona qədər eyni tempdə davam edib. Beləliklə, rəqibini 91:83 hesabı ilə məğlub edən "ordu klubu" 8-ci dəfə Avroliqanın qalibi adını qazanıb.

Şeyn Larkin 29 xalla qarşılaşmanın ən məhsuldar oyunçusu olub. ÇSKA-nın heyətində Kori Hiqqins və Vill Klaybörn 20 xalla oynayıblar. Klaybörn həmçinin "Dördlər finalı"nın "ən dəyərli oyunçusu" (MVP) seçilib.

Üçüncülük uğrunda oynanılan matçda isə "Real" "Fənərbağça"ya qalib gəlib - 94:75.

Qeyd edək ki, "Dördlər finalı"na İspaniyanın Vitoriya şəhərində yerləşən və "Baskoniya" klubunun oyunlarını keçirdiyi "Fernando Buesa Arena" ev sahibliyi edirdi.


Avroliqa

Dördlər finalı

Final

ÇSKA (Rusiya) - "Anadolu Efes" (Türkiyə) - 91:83


Üçüncü yer uğrunda oynanılan görüş

"Real" (İspaniya) - "Fənərbağça" (Türkiyə) - 94:75


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR