Avroliqada həftənin ən yaxşısı müəyyənləşdi

Avroliqada həftənin ən yaxşısı müəyyənləşdi

UEFA Avropa Liqasının 1/16 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu açıqlanıb.

Sport7.az xəbər verir ki, "Arsenal"ın hücumçusu Pyer-Emerik Obameyanq digər namizədləri üstələyib. Qabonlu hücumçu Portuqaliya "Benfika"sına 3:2 hesabı ilə qalib gəldikləri matçda dubl edib.

32 yaşlı forvard UEFA-nın saytında azarkeşlər arasında keçirilən səsvermədə İngiltərə "Tottenhem"indən Dele Alli, Şotlandiya "Reyncers"indən Alfredo Morelos və Norveç "Molde"sindən Andreas Lindeni qabaqlayıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR