Avroliqada "Pley-off" mərhələsini təmin edən klublar müəyyənləşib

Avroliqada
Avroliqanın qrup mərhələsinin 4-cü turu tamamlanıb.
 
Sport7.az xəbər verir ki, türk klublarından "Fənərbaxça" "Anderlexti" 2:0 hesabı ilə yenərək 7 xalla növbəti mərhələ şansını artırıb. "Beşiktaş" isə digər Belçika klubu "Genk"lə 1:1 bərabərə qalaraq xallarını 4-ə yüksəldib və ümidini son iki matça saxladı. "Akhisarspor" isə ispan klubu "Sevilya"ya 2:3 hesabı ilə uduzaraq qrupdan çıxmaq şanslarını itirib. 
 
Avroliqanın "pley-off" mərhələsini təmin edən klublar isə bunlardı: "Çelsi", "Ayntraxt", "Dinamo" (Zaqreb), "Latsio", "Bayer", "Sürix", "Arsenal".
 
Sport7.az

Xəbər lenti