"Bazel" böyük hesabla uduzdu, "Sevilya" yarımfinalda - YENİLƏNDİ

Bu gün Avroliqada 1/4 final mərhələsinin son 2 matçı keçirilib. 

Sport7.az xəbər verir ki, "Vulverhempton" doğma meydanda "Sevilya"nı qəbul edib. Görüş ispanların minimalhesablı qələbəsi ilə yekunlaşıb.
 
Ukrayna "Şaxtyor"u isə "Bazel"lə qarşılaşıb. Bu matçda isə ukraynalılar 4:1 hesablı qələbəyə sevinib.
 
Bu cütlərin qalibləri avqustun 16-da yarımfinalda görüşəcək.

11 avqust
 
Avropa Liqası, 1/4 final

23:00. "Vulverhempton" (İngiltərə) - "Sevilya" (İspaniya) 0:1
(Okampos, 88)

23:00. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Bazel" (İsveçrə) 4:1
(Cunior Moraes 2, Tayson 22, Alan Patrik 75-p. Dodo 88, Van Volfsvinkel 90+2)

İlk oyun günündə baş tutan qarşılaşmalarda "İnter" "Bayer"i 2:1, "Mançester Yunayted" isə "Kopenhagen"i əlavə vaxtda 1:0 hesabı ilə yenib.

Nəticədə "İnter" və "Mançester Yunayted" avqustun 17-də digər yarımfinalda qarşılaşacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR