Avroliqada turun ən yaxşı futbolçusu müəyyənləşdi

Avroliqada turun ən yaxşı futbolçusu müəyyənləşdi
Avroliqanın qrup mərhələsinin 4-cü turunun ən yaxşı futbolçusu müəyyənləşib.
 
Sport7.az xəbər verir ki, UEFA-nın rəsmi saytında keçirilən azarkeşlər arasında səsvermənin qalibi "Zalsburq"un yarımmüdafiəçisi Takumi Minamino olub.

"Rusenborq”la görüşdə (5:2) het-trik müəllifi olan futbolçu turun oyunçusu adını qazanıb.
 
Minamino Matyu Valbuena ("Fənərbaxça"), Kostas Fortunis (""Olimpiakos") və Miyat Qaçinoviçi ("Ayntraxt") qabaqlayıb.
 
Sport7.az

Xəbər lenti