Avropa birinciliyində bürünc medal

Avropa birinciliyində bürünc medal
Macarıstanın Qyor şəhərində 23 yaşadək cüdoçular arasında Avropa çempionatı keçirilir.

Sport7.az xəbər verir ki, millimiz mötəbər yarışın birinci günündə aktivinə bir medal yazdırıb.

Altmış kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən Rəşad Yelkiyev bürünc medal qazanıb.

Qeyd edək ki, 37 ölkədən 297 (178 oğlan, 119 qız) cüdoçunun qüvvəsini sınadığı qitə çempionatında Azərbaycan millisi 12 cüdoçu ilə təmsil olunur.
 
Sport7.az

Xəbər lenti