Avropa çempionatı: Millimiz Hollandiya ilə bacarmadı

Avropa çempionatı: Millimiz Hollandiya ilə bacarmadı

Qadın voleybolçuların Avropa çempionatında mübarizə davam edir.

Azərbaycan millisi turnirdə ikinci matçına çıxıb. Yığmamız son Avropa çempionatının gümüş medalçısı Hollandiya ilə qarşılaşıb. Voleybolçularımız ikinci və üçüncü setlərdə "narıncılar"a ciddi müqavimət göstərmələrinə baxmayaraq, sonda 0:3 hesablı məğlubiyyətlə barışmalı olublar.
 
Odina Əliyeva görüşü 13 xalla tamamlayıb. Hollandiyanın heyətində 18 xal toplayan Lonneke Slötyus oyunun ən məhsuldar ismi olub.


Avropa çempionatı

C qrupu

Azərbaycan - Hollandiya - 0:3 (15:25, 23:25, 23:25)
 
Azərbaycan: Odina Əliyeva (13 xal), Polina Rəhimova (9 xal), Yelizaveta Səmədova (8 xal).
 
Hollandiya: Lonneke Slötyus (18 xal), Anne Böys, Nika Daalderop (hər ikisi 13 xal)

Hakimlər: Andriy Kovalçuk (Ukrayna), Sinişa Ovuka (Bosniya və Herseqovina)
 
Laslo Papp adına İdman Arenası, Budapeşt (Macarıstan)

Turnir cədvəli: Hollandiya - 2-0 (6), Xorvatiya - 1-1 (4), Macarıstan - 1-1 (3), Rumıniya - 1-1 (3), Azərbaycan - 1-1 (2), Estoniya - 0-2 (0).
 
 
Azərbaycan millisinin növbəti rəqibi Macarıstan olacaq. Qarşılaşma sabah keçiriləcək.
 
Qeyd edək ki, qruplarında ilk dörd yeri tutan komandalar növbəti mərhələyə vəsiqə qazanacaqlar.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR