Avropa çempionatı: Millimiz Estoniyanı məğlub etdi

Avropa çempionatı: Millimiz Estoniyanı məğlub etdi

Qadın voleybolçuların Avropa çempionatında mübarizə davam edir.

Azərbaycan millisi turnirdə dördüncü matçını keçirib. Voleybolçularımız qrupun autsayderi Estoniya ilə qarşılaşıblar. Azərbaycan yığması rəqibin ciddi müqaviməti ilə üzləşib. Oyunun qalibi tay-breykdə müəyyənləşib. Həlledici setdə üstün olan millimiz qələbə qazanıb.
 
Polina Rəhimova 27 xalla qarşılaşmanın ən məhsuldar oyunçusu olub. Yelizaveta Səmədova görüşü 19, Alyona Həsənova isə 15 xalla (6 blok) tamamlayıb.


Avropa çempionatı

C qrupu

Azərbaycan - Estoniya - 3:2 (25:20, 18:25, 25:22, 22:25, 15:12)

Laslo Papp adına İdman Arenası, Budapeşt (Macarıstan)

Turnir cədvəli: Hollandiya - 4-0 (12), Azərbaycan - 3-1 (7), Xorvatiya - 2-2 (7), Rumıniya - 2-2 (6), Macarıstan - 1-2 (3), Estoniya - 0-5 (0).
 
 
Azərbaycan millisi qrupdakı son matçını sabah Rumıniyaya qarşı keçirəcək. 

Qeyd edək ki, qruplarında ilk dörd yeri tutan komandalar növbəti mərhələyə vəsiqə qazanacaqlar.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR