Millimiz Avropa çempionatında növbəti qələbəsini qazandı

Millimiz Avropa çempionatında növbəti qələbəsini qazandı

Qadın voleybolçuların Avropa çempionatında mübarizə davam edir.

Azərbaycan millisi turnirdə üçüncü matçını keçirib. Voleybolçularımız ev sahibi - Macarıstanla qarşılaşıblar. Görüş Azərbaycan yığmasının üstünlüyü şəraitində keçib. Rəqibinə set vermədən qələbə qazanan millimiz xallarının sayını 5-ə çatdıraraq üçüncü pilləyə yüksəlib.
 
Qarşılaşmanı 22 xalla tamamlayan Polina Rəhimova qələbədə əsas pay sahibi olub. Alyona Həsənova 12, Odina Əliyeva isə 10 xalla yadda qalıb.


Avropa çempionatı

C qrupu

Macarıstan - Azərbaycan - 0:3 (21:25, 15:25, 22:25)

Hakimlər: Sinişa Ovuka (Bosniya və Herseqovina), Andriy Kovalçuk (Ukrayna)
 
Laslo Papp adına İdman Arenası, Budapeşt (Macarıstan)

Turnir cədvəli: Hollandiya - 3-0 (9), Rumıniya - 2-1 (6), Azərbaycan - 2-1 (5), Xorvatiya - 1-2 (4), Macarıstan - 1-2 (3), Estoniya - 0-3 (0).
 
 
Millimiz növbəti matçını avqustun 28-də Estoniyaya qarşı keçirəcək.

Qeyd edək ki, qruplarında ilk dörd yeri tutan komandalar növbəti mərhələyə vəsiqə qazanacaqlar.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR