Avropa çempionatı: Cüdoçumuz yarımfinala yüksəldi

Avropa çempionatı: Cüdoçumuz yarımfinala yüksəldi

Azərbaycan cüdoçusu Orxan Səfərov Çexiyanın paytaxtı Praqada keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.
 
Sport7.azxəbər verir ki, 66 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/4 finalda Almaniya təmsilçisi Sebastian Seydli məğlub edib.
 
Cüdoçu daha əvvəl Manuel Lombardo (İtaliya) və Matey Polyakı (Slovakiya) mübarizədən kənarlaşdırıb.
 
Bu gün mübarizəyə qoşulan Nicat Şıxəlizadə (66 kq), Aişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi 48 kq) Gültac Məmmədəliyeva (52 kq) və Aleksandra-Larisa Florian (57 kq) yarışla erkən vidalaşıblar.
 
Qeyd edək ki, Avropa çempionatına noyabrın 21-də yekun vurulacaq.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR