Avropa çempionatı İtaliyada keçirilə bilər

Avropa çempionatı İtaliyada keçirilə bilər

2028-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatı İtaliyada keçirilə bilər. 
 
Sport7.az xəbər verir ki, bu barədə ölkənin futbol federasiyasının prezidenti Qabriele Qravina yerli mətbuata açıqlamasında deyib.

"Bu, bizim proqramımızda yer alan əsas ideyalardandır. Ümid edirəm ki, UEFA təklifimizi dəyərləndirəcək. UEFA və FIFA-nın bu layihənin reallaşmasına dəstək verməsi üçün əlimizdən gələni edəcəyik”, - deyə federasiya prezidenti vurğulayıb.

Qeyd edək ki, növbəti qitə çempionatı 2020-ci ildə Bakı da daxil olmaqla, Avropanın 12 şəhərində keçiriləcək. 2024-cü ildə isə Avropa çempionatına Almaniya ev sahibliyi edəcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR