Avropa çempionatı: Millimiz yarımfinalda

Avropa çempionatı: Millimiz yarımfinalda
Bu gün qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatında 1/4 final oyununa çıxacaq.
 
Sport7.az xəbər verir ki, Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv son 5 gündə ikinci dəfə Almaniya yığması ilə üz-üzə gələcək.

Bakıdakı Milli Gimnastika Arenasında keçiriləcək görüşü serbiyalı və slovakiyalı hakimlər idarə edəcək. 

Bu komandalar qrup mərhələsində də üz-üzə gəliblər. Azərbaycan millisi Macarıstan (3:0) və Polşa (3:0) ilə oyunlardan fərqli olaraq, Bundestimlə görüşdə çətin anlar yaşayıb. Lakin sonda meydan sahibləri qələbə qazanmağa müvəffəq olublar - 3:1. Azərbaycan millisi bu görüşün də favoriti hesab olunur. Qalib komanda yarımfinalda Hollandiya millisi ilə qarşılaşacaq.

Qeyd edək ki, günün son 1/4 final qarşılaşmasında Rusiya və Türkiyə yığmaları üz-üzə gələcək. Bu komandalar da qrup mərhələsində qarşılaşıblar və həmin vaxt Rusiya 3:1 hesabı ilə qalib gəlib. İki komandanın bugünkü "duel"indən qalib ayrılacaq yığma yarımfinalda Serbiya önünə çıxacaq. Oyunu idarə edəcək hakimlərdən birincisi azərbaycanlı Eldar Zülfüqarovdur.  

Avropa çempionatı
1/4 final

29 sentyabr

 
18:00. Azərbaycan - Almaniya 3:0 (25:20, 25:18, 25:21)
Hakimlər: Vladimir Simonoviç (Serbiya), Yuray Mokri (Slovakiya)
Milli Gimnastika Arenası
 
 
Sport7.az

Xəbər lenti