Avropa çempionatı: Millimiz qrup ikincisi kimi 1/8 finalda

Avropa çempionatı: Millimiz qrup ikincisi kimi 1/8 finalda

Qadın voleybolçuların Avropa çempionatında mübarizə davam edir.

Azərbaycan millisi qrup mərhələsində beşinci və sonuncu matçını keçirib. Rumıniya ilə qarşılaşan voleybolçularımız görüşdən 3:0 hesablı qələbə ilə ayrılıblar. Polina Rəhimova 30 xalla qalibiyyətdə əsas pay sahibi olub. Beləliklə, yığmamız qrup ikincisi kimi 1/8 finala yüksəlib.
 

Avropa çempionatı

C qrupu

Rumıniya - Azərbaycan - 0:3 (15:25, 14:25, 21:25)

Laslo Papp adına İdman Arenası, Budapeşt (Macarıstan)

Turnir cədvəli: Hollandiya - 4-0 (12), Azərbaycan - 4-1 (10), Xorvatiya - 3-2 (10), Rumıniya - 2-3 (6), Macarıstan - 1-3 (3), Estoniya - 0-5 (1).


Millimiz 1/8 finalda A qrupunun üçüncüsü ilə üz-üzə gələcək. Qarşılaşma sentyabrın 1-də keçiriləcək.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR