Avropa çempionatı: Millimizin 1/8 finaldakı rəqibi müəyyənləşdi

Avropa çempionatı: Millimizin 1/8 finaldakı rəqibi müəyyənləşdi

Qadın voleybolçuların Avropa çempionatında 1/8 final cütləri müəyyənləşib.

C qrupunu ikinci sırada bitirən Azərbaycan millisi A qrupunu üçüncü kimi tamamlayan Bolqarıstanla qarşılaşacaq. Oyun sentyabrın 1-i Bakı vaxtı ilə saat 20:30-da start götürəcək. Voleybolçularımız mərhələ adlayacaqları təqdirdə, 1/4 finalda rəqib Serbiya - Rumıniya cütünün qalibi olacaq.


Avropa çempionatı

1/8 final

1 sentyabr

Bratislava (Slovakiya)

17:30. Rusiya - Belçika

20:00. İtaliya - Slovakiya


Budapeşt (Macarıstan)

18:00. Hollandiya - Yunanıstan

20:30. Azərbaycan - Bolqarıstan


Ankara (Türkiyə)

18:00. Serbiya - Rumıniya

20:30. Türkiyə - Xorvatiya


Lodz (Polşa)

20:00. Almaniya - Sloveniya

22:30. Polşa - İspaniya
 
 
Qeyd: Avropa Voleybol Konfederasiyası (CEV) Avropa çempionatından əvvəl turnirə ev sahibliyi edən ölkələrin 1/8 finalda bir-biriləri ilə qarşılaşmasını qadağan edib. Bu səbəbdən 1/4 finala vəsiqə uğrunda Polşa İspaniya, Slovakiya isə İtaliya ilə mübarizə aparacaq.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR