Avropa çempionatında ilk finalçı müəyyənləşdi

Avropa çempionatında ilk finalçı müəyyənləşdi

Kişi voleybolçuların Avropa çempionatında yarımfinal mərhələsinə start verilib.

Polşa və Sloveniya milliləri üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən görüşdən Alberto Culianinin yetirmələri 3:1 hesabı ilə qalib ayrılıblar. Beləliklə, son dünya çempionu Polşa finalın bir addımlığında dayanıb.
 
Tine Urno 18 xalla komandasının qələbəsində əsas pay sahibi olub. Polşanın heyətində isə Vilfredo Leonun 22 xalı yetərli olmayıb.


Avropa çempionatı

Yarımfinal

Lyublyana (Sloveniya)

Polşa - Sloveniya - 1:3 (23:25, 26:24, 22:25, 23:25)


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR